Əsas Səhifə > Siyasət, Manşet > Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ

Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ


4-12-2020, 08:22
Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ
DİA.AZ: - Oğuz rayonu Filfili kənd bələdiyyəsinin sədri Ağayev İlkin Yamən oğlu ölkə rəhbərliyinə şikayət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizin işğal edilmiş torpaqlarımızın mənfur ermənilərdən azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni bütün kənd camaatımız dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik.

Hörmətli, Prezident! 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində kənd camaatı iradəsini ortaya qoyaraq məni və mənimlə birgə 5 nəfər gənci səs çoxluğu ilə bələdiyyə üzvü seçdilər. 2020-ci ilin 18 yanvar tarixinə təyin edilmiş bələdiyyə üzvlərinin ilk iclası ərəfəsində, yəni yanvar ayının 17-dən 18-nə keçən gecə, saat 5-6 radələrində yerli bələdiyyənin inzibati binasını yandırdılar. Bələdiyyə üzvü seçildiyimiz gündən ilk iclasın keçirilməsi nəzərdə tutulan günə kimi sabiq bələdiyyə sədri Akif Məmmədəli oğlu Nəsirov dəfələrlə hər bir yeni seçilmiş bələdiyyə üzvünə özünü bələdiyyə sədri seçsinlər deyə müraciət edib və yeni seçilmiş bələdiyyə üzvlərinin özünə səs verməyəcəyinə əmin olduqdan sonra bələdiyyə binasında yanğın hadisəsi baş verib. Yanğınla bağlı araşdırma aparılsa da bu hadisəni törədən şəxs və ya şəxslər nədənsə bu günə qədər müəyyən edilmədi…

Bələdiyyə üzvləri 18 yanvar 2020-ci il tarixində keçirilən iclasda bələdiyyə sədri seçildim. Bələdiyyənin əvvəlki illərdəki fəaliyyətinə dair sənəd və digər dövriyyə vəsaitlərini, möhür, kompüter avadanlıqları qəsdən yandığına görə heç bir təhvil-təslim qəbul işləri aparılmadı. Akif Nəsirov 2006-cı ildən 2019-cu illərdəki dövrdə bələdiyyə sədri kimi fəaliyyətinin son 5 ilində , yəni 2015-2019-cu illərdə mən də bələdiyyə üzvü olmuşam. Və həmin dövrdə heç bir iclas keçirməmiş, saxta protokollar, pul vəsaitlərinin xərclənməsinə dair akt və cədvəllərin tərtibinin ( akt və protokollarda, digər sənədlər də adı qeyd edilmiş vətəndaşlar əvəzinə A.Nəsirov özü imzalar edirdi) şəxsən şahidi olmuşam. Bələdiyyə sədri kimi fəaliyyəti dövründə ümumi istifadədə olan təbii biçənək və örüş torpaq sahələrini ( dövlət mülkiyyətində olan) qanunsuz olaraq satması, heç bir social abadlıq işləri aparmadan bələdiyyə vəsaitlərini saxta sənədlər əsasında silinməsi barədə kənd vətəndaşları AR –nın Baş Prokurorluğuna etdikləri müraciətləri əsasında aparılan araşdırmalar zamanı saxta sənəd tərtibinə dair faktlar öz təsdiqini tapsa da Akif Nəsirov barəsində heç bir tədbir görülmədi.

Bələdiyyə sədri kimi fəaliyyəti dövründə qanunsuz torpaqlar satışından bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil olmasına baxmayaraq dövlət büdcəsinə vəsaitləri köçürməyən, özündən sonrakı bələdiyyə 28000 manat sosil sığorta fonduna olan borcu saxlayan Akif Nəsirovun qanunsuz fəaliyyətinə nədənsə hüquqi qiymət verilmədi.

2020-ci ilin martında bələdiyyəyə aid edilən meşə massivinin sərhəddlərini müəyyən edilərək mövcud vəziyyətdə yeni seçilmiş bələdiyyəyə tanıdılması üçün AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlərimiz əsasında nazirliyin əməkdaşları sözügedən meşələrdə yoxlamalar aparmış və Akif Nəsirov dövründə həmin ərazidə kütləvi surətdə ağacların kəsilməsi halını müəyyənləşdirərərək aktlaşdırmışlar. Lakin əfsuslar olsun ki, dəflələrlə təkid etməyimizə baxmayaraq tərtib edilmiş aktların surətlərini yerli bələdiyyə təqdim etmədilər, cinayətlər ört-basdır edildi. Eyni zamanda meşə massivinin sərhədləri rəsmi olarq bizə tanıdılmadı.

A.Nəsirovun yenidən bələdiyyə sədri seçilmədiyi üçün indi də kənd ictimaiyyətini, ziyalıları, fəalları şantaj etmək yolu tutub . Belə ki, özü və oğlu məni şərləmək məqsədilə kənd camaatı tərəfindən bələdiyyəyə aid edilən meşə sahəsindən qış mövsümündə yandırmaq məqsədilə gizli olaraq kəsib aparılan ağacların guya mənim tərəfimdən satıldığı iddiası ilə AR-nın ETSN-nə şikayətlər ediblər. Lakin biz sözügedən ərazidə qanunsuz olaraq ağaclar kəsilməsi və cinayətkarların tapılmasında köməklik göstərilməsi barədə Oğuz rayon Polis Şöbəsinə müraciət etmişik. Qısa müddətdə ağac kəsimində əli olan vətəndaşlar müəyyən edilməsinə ümid edirik. Bütün əməli fəaliyyəti cinayətlərlə dolu olan Akif Nəsirov haqqında aidiyyatı orqanların heç bir tədbir görməməsi qəbuledilməzdir.

Cənab Prezident! Odur ki, son ümid yeri olaraq şəxsi nəzarətiniz altında son 15 il Oğuz rayonun Filfili kənd Bələdiyyəsinin sədri olmuş Akif Nəsirovun işlədiyi dövrdə törətdiyi qanunazidd əməllərin araşdırılmasına göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümüzü bildiririk".

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ
Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ
Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ
Oğuzda bələdiyyə sədri keçmiş sədri İTTİHAM ETDİ

Geri qayıt