Əsas Səhifə > Siyasət, Manşet > ŞUŞAYA QƏDƏR YOLUMUZ VAR...
ŞUŞAYA QƏDƏR YOLUMUZ VAR...28-09-2020, 11:05 |
Zaman o zaman imiş... İllərdir gözlədiyimiz... Övladlarımıza ötürmək istəmədiyimiz QARABAĞ DƏRDİNƏ ÇARƏ ZAMANI... Nə demirəm "gecikmişik", nə də demirəm "hələ tez idi"... Tək umacağım və deyə biləcəyim bu savaşda - Qarabağımızın AZADLIĞI savaşında iştirak istəyimdir, qələbəmizi görmək həvəsimdir, bu düzənin memarlarından biri olmaq arzumdur. 25 ildir mətbuatdayam. Elə mətbuata da Qarabağ arzusundan gəlmişəm. Artıq razum çin olub. Yaxınıq və yaxındayıq. Hər zaman demişəm ki, Qarabağ problemi həll olunan gündən bütün citimai-siyasi fəallığıma son verib çəkiləcəm məktəblərimizin bir köşəsinə - tarix müəllimi olacam. O qədər arzulayıram ki, qısa müddətə sinif otaqlarının birində, lap elə Şuşada tarixdən dərs deyim...\ *** Olduqca yaxınıq Şuşamıza... Mən buna inanıram və mən indbnadığımdandır ki, növbəti dəfə Ali Baş Komandanımız - artıq adı tarixə qızıl hərflərlə yazılmaqda olan cənab Prezident İlham Əliyevə müraciət edirəm: Məni də əsgər götürün... Qanuni yolla mümkün deyil, yaşım da 44-ün içindədir... Amma Ali Baş Komandanın müdaxiləsi iklə mümkündür və mən inanıram ki, minlərlə Azərbaycan oğlu bu gün eyni arzu ilə Qarabağda savaşa bilmənin yollarını arayır. *** Bunun bir yolu var ki, o da könüllülərdən ibarət hərbi birliklərin yaradılması. Məncə Prezidentimiz bizim kimilərin müraciətini tezliklə nəzərə alacaq. Buna inanıram... *** Bu gün hər birimizin duaları səngərdəki əsgərlərimiz üçündür. Daha dua etmək vaxtımlız deyil... Və inanıram ki, hər kəs toparlaya bilmədiyim cümləlıərimdəki anlamın səmimiliyinə inanacaq, məni başa düşəcək... Əsas isə Prezidentimizin qərarıdır... Cənab Prezident, məni gələcəkdə nəvələrimin yanında üzüqara etməyin, məni də əsgər götürün... ŞUŞAYA QƏDƏR YOLUMUZ VAR... Hörmətlə, Məhəmməd Ərsoy diaaz.space-ın baş redaktoru Geri qayıt |