Əsas Səhifə > Siyasət, Manşet > Mehdi Səlimzadə də ortalıqda görünmür...

Mehdi Səlimzadə də ortalıqda görünmür...


24-09-2020, 09:48
Mehdi Səlimzadə də ortalıqda görünmür...
DİA.AZ: - Cəbhədki 12 iyul gərginliyindən dərhal sonra səfərbərliyə minlərlə tanınmış şəxs, məmurlar müraciət etdilər ki, bu da əslində bəziləri tərəfindən şou naminə edilibmiş. Hər halda görünəni budur və DİA.AZ-a müraciət edən Göyçay sakinləri də bildirirlər ki, bu ilin 18 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçən Mehdi Səlimzadə indi nədənsə susmağa üstünlük verir.

Sakinlər yazır: "Biz yaxşı başa düşürük ki, icra başçısının səfərbərliyə müraciəti ölkədə ruh yüksəkliyinin qaldırılmasına xidmət edirdi, yəni mənəvi anlam kəsb edirdi. Yəni bunu düşünənlər belə hesablamışdı, nəzərdə tutmuşdu. Amma anlamı nə idi? Məgər Azərbaycanda ruh düşkünlüyü var idimi ki? Məgər 12 iyuldakı gərginlikdən sonra insanlarımızın necə MÜHARİBƏ tələb etdiyini görmədikmi? Məgər Mehdi Səlimzadə kimi nüfuzu aşağı olan məmurlar gənclərimizdə ruh yüksəkliyimi yaradır?"

Biz isə diaaz.space olaraq narazı sakinlərin bu iradlarını çatdırdıq və qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk...

Geri qayıt