Əsas Səhifə > Siyasət, Manşet > Elçin Quliyevlə bağlı daha bir İDDİA

Elçin Quliyevlə bağlı daha bir İDDİA


3-07-2020, 10:31
Elçin Quliyevlə bağlı daha bir İDDİA
DİA.AZ: - Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən keçən ilin iyun ayının 13-də nümayiş olunmuş rekord uzunluğa malik Azərbaycan milli bayrağının əslində DSX rəhbəri Elçin Quliyevə başağrısı olduğu faktdır. Bu barədə əvvəlindən də yerli KİV-də müəyyən məlumatlar yer almışdı. DİA.AZ olaraq apardığımız qısa araşdırma nəticəsində isə ortaya daha da ilginc faktlar çıxdı.

Məsələn, məlum olur ki, bayrağın təyinatı haqqında KİV-ə açıqlamasında DSX-nin ictimiayyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Nağı Eyvazov hələ keçən il bildirmişdi ki, bayraq hər il iyunun 13-də çıxarılacaq. Lakin aydın olanı və görünəni də budur ki, bu il həmin bayraq nümayiş olunmadı. Doğrudur, DSX-nin hazırda bayraq hayında olmadığı da müzakirə oluna bilər. Hər halda rəhbər şəxsləri DTX tərəfindən həbs olunan bu qurum həm də pandemiyanı da bəhanə edib, izahat verə bilər ki, ən böyük bayrağımız nədən bu il nümayiş olunmayıb.

Elçin Quliyevlə bağlı daha bir İDDİA

Təbii ki, araşdırma səbəbimiz bu olmadığından, məsələni bir kənara qoya bilərik...

Qeyd edək ki, nə həmin ərəfədə, nə də ondan sonra DSX həmin bayrağın neçəyə başa gəldiyi barədə heç bir məlumat açıqlamayıb və bu barədə savab verilməsindən rəsmi qaydada imtina da olunub. DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, 65 qr ipəkdən 5100 metr uzunluğu və 4,5 metr eni olan bayrağın 123 min manata (72,2 min dollar) başa gələ bilər. Atlasdan belə bir bayraq isə 141 min manata (82,7 min dollar) başa gələr.

DİA.AZ-ın araşdırmaları zamanı ortaya daha bir ilginc fakt da çıxıb. Məlum olur ki, sən demə, bu bayrağın hazırlanması üçün də DSX rəsmən bircə qəpik də xərcləməyib. Bayrağın sifariş verildiyi sexlər öz pullarını ala bilmədikləri üçün Elçin Qulıiyevə xəbərdarlıq ediblər ki, əgər hazır məhsulun pulu verilməsə, onlar bu barədə prezidentə şikayət edəcəklər və məlumatı mətbuata ötürəcəklər. Bundan sonra narahat olan Elçin Quliyev DSX-nın qara kassasının nəzarətçisi Cavid Abdullayevə pulun ödənilməsi ilə bağlı göstəriş verib.

Hər halda bu faktların özü belə müvafiq dövlət qurumları üçün araşdırma mövzusudur. diaaz.space olaraq bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt