Əsas Səhifə > Siyasət / Manşet > "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..."

"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..."


2-07-2020, 08:57
"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..."
Parfümeriya mallarının satışıyla məşğul olan "IМ‡deal" və "Sabina" mağazalarının birləşdiyi "Adore Company" MMC məhkəməyə verilib. Bu barədə Bakı Kommersiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, şirkətə qarşı ayrı-ayrılıqda bir necМ§ə məhkəmə iddiası qaldırılıb. DİA.AZ bildirir ki, iddiacМ§ı isə "IМ‡deal" mağazalarının kecМ§miş sahibi, "IМ‡deal Company" MMC-nin təsiscМ§isi və kecМ§miş baş direktoru IМ‡lqar IМ‡smayılovdur.

"IМ‡ddialar eyni adam tərəfindən eyni şirkətə qarşı qaldırılsa da, ayrı-ayrılıqda, müxtəlif hakimlərin icraatında baxılacaq. Amma iddia ərizələrdindən birində "Adore Company" ilə yanaşı, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, həmcМ§inin Standartlaşdırma, Metrologiya və Patent üzrə DÖvlət Komitəsi də cavabdeh qismində qoyulub. Məhkəməyə ərizələrdə mənfəətin iştirakcМ§ılar arasında bÖlüşdürülməsi ilə bağlı təsiscМ§ilərin ümumi yığıncağının kecМ§irilməsi Öhdəliyinin qoyulması və s. tələblər yer alıb", - mənbə bildirib.

Məhkəməyə müraciət etdiyini IМ‡.IМ‡smayılov Özü də təsdiqləyib. Bir necМ§ə aydır ki, IМ‡.IМ‡smayılov təsiscМ§isi olduğu "IМ‡deal Company"nin zorla əlindən alındığını iddia edir. 1999-cu ildə "IМ‡deal" mağazalar şəbəkəsini yaradıb, 2011-ci ilə qədər onun tək sahibi olduğunu deyən işadamının sÖzlərinə gÖrə, həmin ilin noyabrında ona şəriklik təklif olunub. Təklif isə hazırkı "Premium Bank" (o zaman "SilkWay Bank" adlanırdı) rəhbərliyində təmsil olunan şəxslərdən gəlib. Razılaşma ilə IМ‡.IМ‡smayılov 100 faizlik payının 50 faizini qarşı tərəfə satıb. IМ‡.IМ‡smayılovun sÖzlərinə gÖrə, o, işlə əlaqədar bir necМ§ə dəfə bu bankdan kredit gÖtürsə də, qaytarıb.

IМ‡.IМ‡smayılov iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması ücМ§ün 2015-ci ildən təzyiqlərlə üzləşib. 2013-cü ildə bankdan gÖtürdüyü kredit müqaviləsinin şərtləri sonradan dəyişdirilib, şirkətdəki 50 faizlik payının 25 faizi də girov qoyulub. Sonradan o, 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, işadamının iddiasına gÖrə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar: "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib, qalan payımı da aldılar. 2017-ci ilin sentyabrında Bankın Müşahidə şurasının sədri ElcМ§in Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, "ya dediyimizi eləyəcəksən, ya da burada cМ§ürüyəcəksən, uşaqlarını düşün". Həmin etibarnamə əsasında mənim 25 faizlik payım da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi".

Dediklərini təsdiqləyən bütün sübutların da əlində olduğunu vurğulayan işadamı həbsdə olduğu vaxt etibarnaməyə hədə-qorxu altında imza atdığını əsas gətirib, onun ləğvi ücМ§ün də məhkəməyə üz tutub. HəmcМ§inin, prokurorluğa, Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edib.

"Premium Bank"dan isə mediaya bildirilib ki, IМ‡.IМ‡smayılovun müxtəlif dÖvlət orqanlarına gÖndərdiyi şikayətlər araşdırılıb. Onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gercМ§ək olub, IМ‡.IМ‡smayılovun həmin vəsaiti almadığı haqda sÖylədikləri həqiqətəuyğun deyil.

"IМ‡deal Company" MMC adını dəyişərək sonradan "Adore Company" MMC kimi dÖvlət qeydiyyatına aldırıb. şirkətin dÖvlət qeydiyyatında bununla bağlı dəyişiklik 10 yanvar 2020-ci ildə baş verib. Həmin ərəfədə şirkət "Sabina" mağazalar şəbəkəsini də alıb. Hər iki mağazalar şəbəkəsi hazırda "Adore Company" MMC-də birləşib. Rəsmi sənədlərə əsasən, "Adore Company"nin qanuni təmsilcМ§isi isə Samir Əliyevdir.

diaaz.space olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt