Əsas Səhifə > Siyasət, Manşet > Ucarda fermerlər Allahın ümidinə buraxılıb...
Ucarda fermerlər Allahın ümidinə buraxılıb...2-06-2020, 08:42 |
DİA.AZ: - Ucar rayonu Qazyan kənd sakini Cəlilov Cavid Fikrət oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ilə müraciət olunub. Narzı vətəndaş yazır: "Ucar rayon Baytarlıq Xidmətinin rəisi Xaləddin Əsgərovun yarıtmaz fəaliyyəti nəticəsində Ucar rayonunda heyvanlar arasında kütləvi ölüm halları baş alıb gedir.Nəticədə də fermerlərə, kənd camaatına küllü miqdarda ziyanlar dəyir. Bizim ailə uzun müddətdir ki, qoyuçuluq təsərrüfatı yaradıb heyvandarlıqla məşğul oluruq. Dövlət tədbiri adı ilə 2017-ci il tarixdə Ucar rayon Baytarlıq Xidməti tərəfindən qoyunlarımız vaksinasiya olundu.Həmin tədbirdən sonra təsərrüfatımızda yeni doğulmuş, 1, 2 və 3 aylıq kütləvi quzu ölümləri baş verdi.İlkin ölüm zamanı tez Ucar rayon Baytarlıq Xidmətinə məlumat verdik.Həmin İdarənin rəisi Xaləddin Əsgərov və həkimlər gəlib baxış keçirib müayinə apardılar.Yazdıqları müalicələri etdirdik, məsləhətlərə əməl etdik ancaq heç bir faydası olmadı.Əksinə təsərrüfatımızda quzu ölümü daha da çoxaldı.Təkcə 2017-ci il tarixdə 147 baş quzu ölümü baş verdi.Ölən quzular yeni doğulmuş 1, 2 və 3 aylıq idi.Bundan sonra 2018-ci il tarixdə 40 baş quzu ölümü baş verdi.2019 və 2020-ci ilin yanvar ayı tarixində isə 100 baş quzu ölümü baş verdi.Ənənəvi şəkildə Ucar rayon Baytarlıq İdarəsinin rəisi və baytar həkimlər gəlib baxış keçirib müayinə etdilər yenə təkrar-təkrar mülaicələr edilsədə heç bir faydası olmadı.Əksinə quzu ölümü dahada çoxaldı.Bunun səbəbi isə Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun savadsızlığı, korrupsiyaya qurşanmasıdır.Bu adamın belə bir vəzifəni icra etməsi yol verilməzdir. Təsərrüfatımda kütləvi quzu ölümü ilə bağlı Xəzər tv-nin apardığı çəkliş zamanı Xaləddin Əsgərov müsahibə verib qeyd edir ki, ana qoyunlar kimyəvi dərman, gübrə səpilmiş pambıq sahəsində otarıldığı üçün süd vasitəsi ilə quzular zəhərlənərək ölmüşdür.Bu tam yalandır ki, Xaləddin Əsgərov çəkinmədən televiziyada müsahibə verib demişdir. Çünki bizim təsərüffatımızda quzu ölümü 2017-ci il tarixdə baş vermişdir ki, həmin ildə Ucar rayonunda pambıq əkilməyib.Bu fakt Xaləddin Əsgərovun saxtakarlığını, yalanını tam subut edir.Əgər mənim qouynçuluq təsərrüfatımda ilkin quzu ölümü baş verən zaman düzgün müayinə və müalicə aparılsaydı bu qədər quzu ölümü olmazdı qarşısı vaxtında alınardı.Bunu isə savadsız , korrupsiyay qurşanmış Xaləddin Əsgərov etmədi düzgün müayinə və mülaicə apara bilmədi. Xaləddin Əsgərov qeyd edir ki, quzular iti faslyoz xəstəliyinə görə kütləvi tələf olurlar.Buna dair təkrar- təkrar müalicələr yazıb etdirmişik heç bir faydası olmayıb.Əgər Xaləddin Əsgərovun dediyini həqiqət kimi qəbul etsək iti faslyoz xəstəliyinə görə qoyunlarda ölməli idi.Ancaq bizim təsərrüfatda bir dənədə olsun qoyun ölməyib.Ölən ancaq quzular olub. Hazırda bizə dəymiş ziyan nəticəsində çıxılmaz vəziyyətə düşmüşük, həyacan qorxu içində yaşayırıq.Həttda biz əlacsız qalıb xırda buynuzlu heyvanlarımıza ot və yem almaq üçün damazlıq qoyunlarımızın bir hissəsini satmağa məcbur olmuşuq. 350 baş damazlıq qoyundan 220 baş qoyun qalmışdır. Bir neçə gün öncə isə kənddə itlər arasında quduzlaşma gedib ki, nəticədə iri buynuzlu heyvanları quduz itlərin dişləməsindən sonra ölüm halları baş vermişdir.Biz bu barədə Xaləddin Əsgərova məlumat versəkdə heç bir tədbir görmədilər.Bundan bir neçə gün sonra isə bir baş inəyimiz quduz itin dişləməsinə görə tələf oldu.Ucar rayon Baytarlıq Xidmətinə zəng edib yenə məlumat verdik.Onlar dərhal gəlmədilər eşitdikdə ki, ölüb yolun kənarında qalmış inəyi video lentə alırıq tez gəlib cəsədi yarmadan analiz üçün nümunə götürmədən açıq halda traktorla aparıb basdırdılar.Bütün bunları video lentə aldıq. Ucar rayon Bayratlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun korrupsiya, saxta əməlləri obyektiv araşdırılmalı və barəsidnə qanuna müavafiq tədbirlər görülməlidir.Çünki bu adamın fikiri məqsədi dövlətin ayrıdığı vəsaiti talan etməkdir. Sizdən xahiş edirəm komissiya yaradılsın şikayət ərizəmi mənim iştirakımla yerində araşdırıb saxtakarlıq edən, korrupsiyaya qurşanmış Ucar rayon Bayratlıq Təsərrüfatının rəisi Xaləddin Əsgərovun barəsidnə ciddi tədbirlər görülsün". İddia olunanlarla bağlı diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |