Əsas Səhifə > Siyasət / Manşet > DGK nədən rəsmi bilgilərə əl gəzdirəsi olub?

DGK nədən rəsmi bilgilərə əl gəzdirəsi olub?


18-05-2020, 09:43
DGK nədən rəsmi bilgilərə əl gəzdirəsi olub?
GundemXeber.Az saytı sosial şəbəkələrə istinadən maraqlı bir faktı təqdim edib. Saytda gedən materialdan aydın olur ki, sən demə, Dövlət Gömrük Komitəsinin rəsmi saytında bir sıra dəyişikliklər edilib ki, onlardan biri də DGK sədrinin müavinləri haqda informasiyalara edilən REDAKTƏDİR... Redaktəyə uğrayan məqam isə gömrük generallarının doğulduqları yerlə bağlı olan informasiyalardır.

Gömrük Komitəsinin bu dəyişikliyindən sonra GundemXeber.Az saytı köhnə informasiyaları bərpa edərək DGK rəhbərliyində yer alan generallar haqqında itmiş bilgiləri təqdim edib:

в–ЄпёЏSədr - Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.
в–ЄпёЏMüavin - Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.
в–ЄпёЏMüavin - Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.
в–ЄпёЏMüavin - Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri
Digər struktur rəisləri:
в–ЄпёЏDaxili Təhlükəsizlik İdarəsi rəisi - Rəşad Zalov, 1980, Naxçıvan.
в–ЄпёЏİnzibati İdarəetmənin Təşkili idarəsi - Nüsrət Qurbanov, 1963, Naxçıvan.
в–ЄпёЏXarici Əlaqələr İdarəsi rəisi - Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.
в–ЄпёЏHüquqi təminat şöbəsi rəisi - Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.
в–ЄпёЏMətbuat Xidmətinin rəisi - Natiq Axundov, 1977, Naxçıvan şəhəri.
в–ЄпёЏKatibliyin rəisi - Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.
в–ЄпёЏAvtomobil Nəqliyyat İdarəsi - Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.
в–ЄпёЏİnfrastrukturun İnkişafı İdarəsi - Qasımov Kamil, 1960, Babək, Çeşməbasar".

Qarşı tərəfin də bu məqamla bağlı mövqeyini dinləməyə hazırıq...

Geri qayıt