Əsas Səhifə > Siyasət, Manşet > Qarabağ əlili məhkəmə özbaşınalığı ilə üz-üzə...
Qarabağ əlili məhkəmə özbaşınalığı ilə üz-üzə...7-01-2020, 08:37 |
DİA.AZ: - "Məhkəmə hakimlərinə və ədliyyə işçilərinə hüquqdan dərs keçmək getdikcə daha da aktuallaşır . Görəsən , hüquq elminin əlifbasından belə xəbərsiz olan hakimlər , icra məmurları testdən necə keçirlər və bunlara insan taleyi necə tapşırıla bilər? 7-ci ildir “Rəvan” sığorta şirkəti saxta defekt aktı tərtib etməklə (bu saxtalığı hazırda İqtisadiyyat Nazirliyinin yanına verilən Vergi Xidməti “Nurgün Motors”u və yanındakı “Rəvan” sığorta şirkətini bir neçə dəfə cərimələməklə təsbit edib ) olaya və məhv edilən “əlil avtomobili”nə heç bir aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadədən 3 “əlil avtomobili”nin pulunu – 10 min manat tələb edir və haram pullarını məhkəmələrə səpələməkdə davam edir!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Allah sənə rəhmət eləsin, Sabir, kim nə deyər bizdə olan qeyrətə? Biz görməsək də , eşitmişik ki, iş adamları Qarabağ əlillərinin müalicəsinə , reabilitasiya olunmalarına yardım edir, “Nurgün” və törəməsi “Rəvan” sığorta şirkəti isə düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən 3 reabilitasiya vasitəsinin pulunu tələb edir , məhkəmələri , icra məmurlarını satın almaq yolu ilə əlillərin pensiyalarına, dolanışıq mənbəyi olan əmlaklarına yiyələnirlər! Bunu Allah götürər? Hələ ki, Allahın götürmədiyini bəzi hakimlər və ədliyyə -icra məmurları elə götürür ki! Sabunçu məhkəməsinin “Rəvan”sığorta şirkətinin şəhidə qarşı iddiasını aidiyyatı üzrə Suraxanı məhkəməsinə göndərməsindən qarşılıqlı iddiaçı Qarabağ əlili şikayət versə də, Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov şikayət müddəti bitmədən , qarşılıqlı iddianı görməzliyə vurub 28 noyabr 2016 tarixli qətnamə çıxarıb və müharibə əlilinə özünü yandırmağı hökm edib! (?) Bu arada aidiyyat qərardadından Qarabağ əlilinin verdiyi şikayət üzrə Ali Məhkəmənin 16.05.2017 tarixli qərarı qəbul edildiyindən Ramil Həsənovun bir il qabaqkı 28.11.2016 tarixli qətnaməsi hüquqi qüvvəsi olmayan “ tualet kağızı “na çevrilib. Çünki Ali Məhkəmənin qərarları , göstərişləri aşağı instansiyalar üçün məcburidir . Nə yazıq, Suraxanı məhkəməsi 3-cü ildir özbaşınalıq edir və hələ də Ali Məhkəmənin qərarına əsasən işə aşağı instansiyada baxılmayıb. Suraxanı icra məmuru Vüsal Əliyev isə qanuni qüvvəsi olmayan 28.11.2016 tarixli “tualet kağızı”nı icra sənədi olmadan 2 il sonra “icra etməyə” girişib və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68.1.2 maddəsinə zidd olaraq Qarabağ əlilinin həm pensiyasını yarıqat edib , həm də dolanışıq mənbəyi olan əmlaklarına 50.2 maddəsinə və digər maddələrə zidd olaraq həbs qoyub . Hətta əlilin başqa şəxsə satdığı əmlakına da həbs qoyan icra məmuru Vüsal Əliyevin bu özbaşınalığı indi üzə çıxıb . Həmin avtomobili alan şəxs əmlakın həbsdən azad edilməsi üçün Suraxanı məhkəməsinə müraciət edib və hakim Təranə Mahmudova ərizəni təmin edib. Hakim Qarabağ əlili Xaliq Abbaszadəni hədələməyi də unutmayıb və borcunu ödəməli olmasını bildirib. Qarabağ əlili qanuni qüvvəyə minmiş məhkəmə qərarı və məhkəmə tərəfindən verilən icra sənədi olmadan borclu edilməsinin yolverilməz olduğunu vurğulayanda isə hakim Təranə Mahmudova nağıl danışmağa başlayıb ki, icra sənədi olmadan əmlaka həbs qoyulmasına inanmır! (?) Qəribə nağıldır, Suraxanı məhkəməsinin hakimi həmin məhkəmənin icra sənədi vermədiyini müəyyən edə bilmir? Hakimin diqqətinə “İcra haqqında” 27.12.2001 tarixli 243-IIQ saylı Azərbaycan Respublikası Qanununun 7.2 maddəsini çatdırırıq :”MƏHKƏMƏ QƏRARINA ƏSASƏN VERİLMİŞ İCRA SƏNƏDİ HAKİM TƏRƏFİNDƏN İMZALANIR VƏ MƏHKƏMƏNİN MÖHÜRÜ İLƏ TƏSDİQLƏNİR “.Halbuki Suraxanı məhkəməsi belə icra sənədi verməyib. Təranə Mahmudova buna da nağıl uydurub ki , bəs belə özbaşınalıqlara görə işdən qovulan Ramil Həsənov icra sənədini də özü ilə aparıb! (??) Borclunun əmlakına həbs qoyulması isə məzələnmək üçün yox , satılması üçün edilir və təbii ki , artıq satılmış əmlakın həbsdə saxlanması qanunsuzdur .”İcra haqqında” qanunun 47.2 və 50.2 maddələrinə görə, BORCLUNUN 3-CÜ ŞƏXSDƏ OLAN ƏMLAKINA HƏBS QOYULMASI YALNIZ MƏHKƏMƏ QƏRARDADI ƏSASINDA HƏYATA KEÇİRİLİR. Yəni lap qanuni icra sənədi olsa da, məhkəmə qərardadı olmadan əmlaka həbs qoyulmasına , tələbin müharibə əlillərinin pensiyalarına yönəldilməsinə yol verilmir və icra məmuru Vüsal Əliyevin savadsızlığından və tamahkarlığından vəzifəsindən sui-istifadə etməsini ortaya qoyur . Yəqin görəvindən alınan hakim Ramil Həsənovun acı taleyi digər hakimlərə bir ibrət dərsi olar . Di gəl, hakim Təranə Mahmudova hələ də prosessual qanunvericiliyə yox , qeyri-prosessual münasibətə üstünlük verir. Bakı Apellyasiya Məhkəməsi də ortada icra sənədi olmadan Qarabağ əlilini “borclu” kimi iclasa çağırıb . Görəsən, xaricdə müalicəyə ehtiyacı olan , düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ əlilinin it ilində satdığı avtomobilinin üzərinə məhkəməsiz qoyulan həbs siçan ilində məhkəmə yolu ilə götürüləcəkmi ? Belə məhkəmə -hüquq sistemi ilə çətin. .. Məhkəmələrin əlindən Qarabağ əlili nəinki xaricdə, heç evində də müalicə oluna bilmir". diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |