Əsas Səhifə > Siyasət, Manşet > Bu dəfə Əsabil Qasımovun şirkəti narazılıq yaradır...
Bu dəfə Əsabil Qasımovun şirkəti narazılıq yaradır...14-10-2019, 09:06 |
Redaksiyamıza verilən məlumata görə Milli Məclisin deputatı Əsabil Qasımovun himayəsində olduğu bildirilən Karat MTK-nın vəzifəli şəxsləri Bakı şəhər Yasamal rayonu İzmir küçəsindəki 7 b saylı binanın 23-cü mənzilinin suyunu kəsib. Məlumata görə onlar mənzilin sahibi Mahi Axmedovna kommunal xərclər adı altında qeyri-rəsmi olaraq 2400 manat pul tələb edirlər. Həmin məbləğin hansı hesaba köçürüləcəyi barədə mənzil sahibinə heç bir məlumat verilmir. Mahi Axmedovnanın hüquqlarının müdafiəsi məqsədi ilə Yasamal rayon Məhkəməsinə müraciət etməklə yanaşı, digər dövlət orqanlarına da şikayətlər etdiyi bildirilir. Əldə etdiyimiz məlumata görə deputat Əsabil Qasımov səlahiyyətlərindən sui-istifadə edərək himayə etdiyi Karat MTK ilə bağlı dövlət orqanlarında olan şikayətlərin obyektiv araşdırılmalarına təsir və təzyiq göstərir. diaaz.space 7GUN.az-a istinadən bildirir ki, Karat MTK-nın rəhbərliyi mənzil alan vətəndaşların ödənişlərinə uyğun olmayan maliyyə arayışları verir. Belə ki, Karat MTK-dan mənzil alan vətəndaşın ödədiyi məbləğlə ona verilən maliyyə arayışı arasında əsaslı fərq var. Vətəndaş aldığı mənzilə görə 90.000 manat ödədiyi halda, ona 35.000 manat ödəniş etməsi barədə maliyyə arayışı verilmişdir (rəqəmlər şərtidir-red). Bu hallar tam sübut edir ki, Karat MTK-nın rəhbərliyi maliyyə fırıldaqlarını həyata keçirir. Mövzu ilə bağlı geniş araşdırmalarımız olacaq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |