Əsas Səhifə > Siyasət, Manşet > Şəkinin icra başçısı silisə çəkilir...
Şəkinin icra başçısı silisə çəkilir...7-06-2019, 10:18 |
DİA.AZ: - Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun durumu gərgindir. Bu barədə DİA.AZ-a rayondakı mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Hesablama Palatası və Maliyyə Nazirliyinin ekspertləri tərəfindən Şəki RİH-də həyata keçirilən yoxlamalar nəticəsində ortaya çox ciddi yeyinti faktları çıxıb. Mənbənin diaaz.space-a söylədikləri: "Burada söhbət təxminən 240 min manatlıq büdcə yeyintisindən gedir. Başçı hələlik "yuxarılara" tutarlı izahatverə bilməyib. Gərginlik qalır və bu məsələ Elxan Usubova təkcə vəzifəsi deyil, həm də hüquq-mühafizə orqanlarının hədəfinə çevrilməsi hesabına da başa gələ bilər". Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |