Əsas Səhifə > Siyasət, Manşet > Etibar Pirverdiyevi bitirən olayla bağlı ilginc iddialar...

Etibar Pirverdiyevi bitirən olayla bağlı ilginc iddialar...


14-12-2018, 09:38
Etibar Pirverdiyevi bitirən olayla bağlı ilginc iddialar...
Etibar demiş, nol üç nol səkkiz, ikiminonsəkkizinci il tarixində enerji sistemdə baş vermiş qəzanı araşdırmağa yollanan bir sıra dövlət rəsmilərinin bu enerji nəhəngindəki müzakirə zamanı bir sıra müəmmalı məqamlar ortaya çıxmışdır.

Belə ki, Mingəçevirdə yerləşən Stansiyada həmin vaxt qəzanın baş vermə səbəbləri Cərəyan transfomatoru ətrafında olan elektrik kabelləri tunelinin üzəri açıq olması əsas gətirilmişdir. Və bu zaman qəzanın səbəblərini araşdıran dövlət komissiyası üzvlərinə Stansiyanın Baş mühəndisi vəzifəsini yerinə yetirən Əzizov Yusiflə Texniki Təhlükəsizlik şöbəsinin rəisi Telman İbrahimov Elektrik sex rəisi Alıyev Məzahiri bu qəzada cavabdeh kimi təqdim edərək onun bu tutduğu vəzifədən azad edilməsinə səbəb olmuşlar. Halbuki, hərhansı bir qəzanın baş verməsində ilk olaraq Stansiyanın baş mühəndisi və Texniki təhlükəsizlik şöbəsinin rəhbərliyi birbaşa olaraq məsuliyyət daşıyırlar. Sual olunur: Niyə axı Stansiyanın 8 enerji blokunda Gecə növbəsində çalışan Personal heyətini gecələr özünəməxsus şəkildə reyd keçirərək, bir neçə yatıb-yuxulayan işçini yoxlayıb töhmət , əməkhaqqından cərimə ödənişini tutub, əmək haqqına qənaət edə bilir, ancaq bu stansiyadakı kabellər tunelinin açıq vəziyyətdə olmasını görmədi? Axı bu necə ola bilər?
Stansiyanın baş mühəndisi Yusif Əzizov həmçinin mütəmadi olaraq hərgün bu cərəyan transformatorları ətrafından tez-tez gedib-gəldiyi halda bu kabel tunellərinin yağdan qorunmasına dair niyə bu vaxtacan bir tapşırıq verməyib? Ancaq qəza anında dərhal Elektrik sexi rəisini günahkar gördülər. Bu hansı ədalətə və məntiqə sığır? Hesab edirik ki, bu baş vermiş qəzayla bağlı elektrik sexinin rəisini suçlandırmaq özü bir cinayətdir. Çünki, Elektrik sex rəisindən də vəzifəcə yüksək olan Telman İbrahimov var ki, məhz bu şəxs bilavasitə üzəriaçıq kabellərə görə bugünədək hansısa bir təklif vəya rəy verməli idi. Baş mühəndis titulunu üzərində daşıyan Əzizov Yusif də həmçinin!

Qeyd edək ki, Alıyev Məzahir Elektrik sexinə 2009-cu ildən rəis təyin olunması heç də təsadüf olmamışdır! Çünki illərin təcrübəsini özündə daşıyan Məzahir Alıyev Burada xeyli müddət rəis müavini vəzifəsini daşımış, 57-yaşa çatmış energetiklərin təqaüdə buraxılması nəticəsində onun sex rəisi işləmiş İbrahimov Cavanşirin yerinə təyin edilməsi məqsədəuyğun hesab edilmişdir. Lakin belə göründü ki, müəssisədaxili pərdəarxası fonda gedən münasibətlər, Alıyev Məzahirin sex rəisi vəzifəsindən "vurularaq" mühəndis ştatına keçirilməsi , özündə hələ birsıra gizləntilərdən xəbər verir...

Bu istiqamətdə araşdırmalarımız davam edəcək.
Bakunews.az


diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt