Əsas Səhifə > Siyasət, Manşet > İcra başçıları ilə bağlı əsas qərar yeni ildə veriləcək

İcra başçıları ilə bağlı əsas qərar yeni ildə veriləcək


4-12-2019, 10:24
İcra başçıları ilə bağlı əsas qərar yeni ildə veriləcək
DİA.AZ: - "İcra başçıları ilə bağlı əsas qərar yeni ildə veriləcək". Bu sözləri DİA.AZ-a açıqlamasında Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Qaynağın iddialarına görə, məhz yeni ildən etibarən əsas proseslərə start veriləcək və əvvəlindən də söylənildiyi kimi icra başçıları sistemində onlarla rəhbər işindən kənarlaşdırılacaq.

Mənbənin diaaz.space-a söylədikləri: "Dəyişikliklərin əsas mərhələsi gələn ilə ertələnib. Bu həm də əsas olaraq seçkilərə tədarüklə bağlıdır. Milli Məclis seçkilərinə qədər xeyli başçı yola salınacaq"

Mənbə onu da bildirib ki, köhnə eşalona xidmət yolunu seçən icra başçıları ilk hədəflərdir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt