Əsas Səhifə > Siyasət, Manşet > Mahir Quliyev özünü köhnə kolxoz sədri kimi aparır...
Mahir Quliyev özünü köhnə kolxoz sədri kimi aparır...3-10-2019, 10:09 |
DİA.AZ: - Biləsuvarın icra başçısı Çahir Quliyev bu gün bəlkə də yerli sahibkarlara daha çox problem yaradan rayon rəhbərlərindən birincisidir. Elə bir gün olmur ki, Biləsuvar RİH başçısının hansısa neqativ əməlindən giley edilməsin. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, özünə Biləsuvarda kiçik bir xanədan quran Mahir Quliyev sahibkarlarla yanaşı həm də yerli məmurları da ram etməkdən zövq alır. Mənbənin diaaz.space-a söylədikləri: "Özünü ayrı-ayrı məclislərdə bir neçə dəfə "Biləsuvarın prezidenti" adlandıran Mahir Quliyevdən əksər məmurlar çəkinir. Şünki Bakıdakı himayədarlarının hesabına onları susudurmağı yaxşı bacarır. Buna görə də yerli məmurlar onun dediklərini sprğu-sualsız edirlər. Nəticədə rayonda bir korrupsiya aparatı formalaşıb. Bu aparata uyğun gəlməyən məmurlar isə ya işdən çıxarılır, ya da elə bir həddə usandırılır ki, özü işdən getməli olur". Mənbə bildirir ki, Mahir Quliyev hətta himayədarından "mətbuatda yazılanları nəzərə alma, boş şeylərdir" təlimatı aldığından onunla bağlı hansısa sahibkarın şikayəti də qulaqardına vurulur: "Sahibkarlar yerli məmurlardan fərqli olaraq daha çox müstəqil olsalar da, həm də daha çox əzilən tərəfdirlər. Bu gün Biləsuvarda guya pambıqçılıq inkişaf etdirilir. Nəticələri gözləyək. Əgər Mahir Quliyev saxta hesabat verib, rüşvət hesabına təqdim etdiyi saxta rəqəmləri həzm etdirməsə, Biləsuvarda böyük oyunların üstü açılacaq. Bunun üçün isə yalnız və yalnız qətiyyət lazımdır. Əks halda Mahir Quliyev köhnə kolxoz sədrləri kimi "yuxarılara" saxta rəqəmlər təqdim etməklə gününü yola verəcək". diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |